Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

TurkicWorld-un məlumatına görə, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olundu.

BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edildi. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunuldu, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulandı.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı.