Prezident İlham Əliyev: Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb

Prezident İlham Əliyev: Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb

Bakı. TurkicWorld:

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik".