...

Təyyarəmiz 10 nəfər heyətlə Türkiyədəki yanğınların söndürülməsində iştirak edəcək - Xidmət rəisi (FOTO)

Siyasət Digər xəbərlər 23 İyun 2022 17:02
TurkicWorld Daspina Hasanova
Təyyarəmiz 10 nəfər heyətlə Türkiyədəki yanğınların söndürülməsində iştirak edəcək - Xidmət rəisi (FOTO)

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

TurkicWorld-un məlumatına görə, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin aviasiya xidmətinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.

O bildirib ki, təyyarəmiz bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək: "Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğının söndürülməsində iştirak etmişik. Bu, yanğınların söndürülməsində çox effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 dəqiqə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir".

Məqalədə:
Xəbərlər

Xəbər lenti