Ukraynadakı taxıl ehtiyatlarının dünya bazarlarına çıxmasını təmin etmək məqsədilə İstanbulda dördlü sammit keçiriləcək - Çavuşoğlu

Ukraynadakı taxıl ehtiyatlarının dünya bazarlarına çıxmasını təmin etmək məqsədilə İstanbulda dördlü sammit keçiriləcək - Çavuşoğlu

Bakı. TurkicWorld:

Ukraynadakı taxıl ehtiyatlarının dünya bazarlarına çıxmasını təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında baş tutacaq dördlü sammit gələn həftə İstanbulda keçiriləcək. TurkicWorld-un məlumatına görə bunu, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Böyük Britaniyanın xarici işlər naziri Liz Truss ilə birgə çıxış etdikləri mətbuat konfransı zamanı deyib.

“Rusiyalı rəsmilərin dəvəti ilə iyunun 22-si Türkiyənin Milli Müdafiə Nazirliyindən bir qrup hərbi heyət ərzaq böhranının həllini müzakirə etmək üçün Moskvaya səfər edib,” – deyə Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, görüş zamanı danışıqlar müsbət şəkildə ilərləyib.

“Biz Ukrayna taxılının və ya hər hansı məhsulun Rusiya yaxud digər ölkələr tərəfindən qanunsuz olaraq alqı-satqısının əleyhinəyik. Türkiyə dövləti olaraq da qanunsuz hər hansı məhsulun ölkəmizə gəlməsinə icazə verməyəcəyik.” – deyə XİN rəhbəri vurğulayıb.

Bununla yanaşı, Böyük Britaniyanın Xarici İşlər Naziri taxıl böhranı probleminin təcili olduğunu və yaxın bir ay ərzində həll edilməli olduğunu bildirib.

“Əgər taxıllar yaxın müddət ərzində bu ölkədən çıxarılmasa o zaman bu problem ciddi aclığa səbəb olacaq”- deyə Truss qeyd edib.