İngiltərə nazirləri bu gün Ankaraya rəsmi səfər edəcəklər

İngiltərə nazirləri bu gün Ankaraya rəsmi səfər edəcəklər

Bakı. TurkicWorld:

İngiltərənin Xarici İşlər Naziri Liz Trass və Müdafiə Naziri Ben Uolles bu gün Türkiyənin Ankara şəhərinə rəsmi səfər edəcəklər. TurkicWorld-un məlumatına görə, hər iki nazir Türk həmkarları ilə görüşəcəklər.

Görüş zamanı nazirlər, ikili əlaqələr və beynəlxalq məsələləri dəyərləndirməklə yanaşı, Ukrayna taxılını beynəlxalq bazarlara çatdırmaq cəhdləri müzakirə edəcəklər.

Qeyd edək ki, Hulusi Akar britaniyalı həmkarı ilə iyunun 16-da Müdafiə Nazirlərinin İclası çərçivəsində NATO-nun Qərargahında görüşüb.