Türkiyədə meşə yanğınının böyük hissəsi nəzarət altına alınıb - Nazir

Türkiyədə meşə yanğınının böyük hissəsi nəzarət altına alınıb - Nazir

Bakı. TurkicWorld:

Türkiyənin Muğla vilayətində ötən gün axşam saatlarında başlayan meşə yanğınının böyük hissəsi nəzarət altına alınıb.

TurkicWorld-un məlumatına görə, bunu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.

Qeyd olunub ki, yanğın ümumilikdə 400 hektara yaxın əraziyə ziyan vurub.

Yanğınıla mübarizə üçün 20 helikopter və 14 təyyarə, eləcə də çoxlu sayda canlı qüvvə cəlb olunub.

Eyni zamanda, Muğla vilayət prokuroluğu meşə yanğını ilə bağlı cinayət işinin açıldığını bildirib.