Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə işçi qrupunun fəaliyyətinin aktivləşməsini alqışlayırıq - Rusiya XİN

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə işçi qrupunun fəaliyyətinin aktivləşməsini alqışlayırıq - Rusiya XİN

Bakı. TurkicWorld:

Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyətinin aktivləşməsini alqışlayırıq.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"İyunun 3-də bu qrupun növbəti, onuncu iclası keçirilib. Tərəflər bir sıra məsələlər üzrə mövqelərini daha da yaxınlaşdırıb. Müzakirələr iyunun 16-17-də Peterburq iqtisadi forumu çərçivəsində də davam edib. Rusiya tərəfi bu prosesə kömək göstərməyə davam edəcək", - deyə M.Zaxarova bildirib.