İranın idman və gənclər naziri Bakıya gəlir

İranın idman və gənclər naziri Bakıya gəlir

Bakı. TurkicWorld:

Bu gün İranın idman və gənclər naziri Həmid Səccadi Azərbayana səfər edəcək.

Bu barədə TurkicWorld-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İki günlük səfər çərçivəsində iranlı nazir İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin daimi şurasının iclasında iştirak edəcək.

H.Səccadi həmçinin bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.