...

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Mirziyoyevə təşəkkür edib

Siyasət Digər xəbərlər 22 İyun 2022 00:35
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Mirziyoyevə təşəkkür edib

Bakı. TurkicWorld:

Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.

Dövlət başçısı deyib:

"Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Biz bu gün həm də kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik. Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir. Qarşılıqlı ünsiyyət çərçivəsində görürük ki, artıq yaxşı elementlər var. Konkret olaraq Hacıqabulda avtomobil zavodu. Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil".

Məqalədə:
Xəbərlər

Xəbər lenti