Azərbaycan-İtaliya münasibətləri xüsusi səviyyəyə çatıb - Səfir

Azərbaycan-İtaliya münasibətləri xüsusi səviyyəyə çatıb - Səfir

Bakı. TurkicWorld:

Bakıda İtaliyanın müstəqilliyinin 76-cı ildönümü münasibətilə bayram tədbiri keçirilib.

TurkicWorld-un məlumatına görə, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri bu hadisənin Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə ilə bir vaxta düşür:

"Artıq 30 ildir ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bu gün bu əlaqələr xüsusi səviyyəyə çatıb".

Klaudio Taffuri İtaliyanın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında strateji sazişin imzalanmasının humanitar sahədə əlaqələrin inkişafına zəmin yaratdığını xatırladıb:

"Koronavirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya dəstəyini də vurğulamaq lazımdır. Bu, ilk növbədə, ölkələrimiz arasında dostluq və sıx əlaqələrin jestidir".

Qeyd edək ki, bayram tədbiri konsert proqramı ilə başa çatıb.