IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər (FOTO)

IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər (FOTO)

Şuşa. TurkicWorld:

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

TurkicWorld-un məlumatına görə, qonaqları yerli və xarici media nümayəndələri müşahidə edirlər.

Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.