...

Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə bilər

Siyasət Digər xəbərlər 18 İyun 2022 21:46
TurkicWorld Daspina Hasanova
Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə bilər

Bakı. TurkicWorld:

Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə bilər.

Bunu Türkiyə Turizm Klubunun prezidenti Uğur Dəmircan beynəlxalq səyahətçilərin Qarabağa səfəri ilə bağlı keçirilən mətbuat konfransında TurkicWorld-un sualına cavab olaraq bildirib.

"Əminəm ki, Türkiyə Qarabağda müxtəlif iri turizm layihələrinin inkişafına kömək edə bilər. Xalqlarımızın yaxınlığı Azərbaycan və Türkiyə arasında turizmin inkişafına daha da töhfə verər", - o, qeyd edib.

U. Dəmircanın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycan arasında turist axınını daha da artıracaq.

O, Qarabağda erməni vandalizminin dəhşətə gətirdiyini də vurğulayıb. Eyni zamanda o, Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin sürətinə heyran olduğunu bildirib.

Xatırladaq ki, dünyanın 10 ölkəsindən 24 beynəlxalq səyahətçidən ibarət qrup Qarabağ şəhərlərinə üç günlük səyahət edib. Qonaqlar Xocavənd rayonundakı Azıx mağarasında, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında olub, səyahətlərini Zəngilanda başa vurublar.

Məqalədə:
Xəbərlər

Xəbər lenti