IX Qlobal Bakı Forumu çərçivəsində yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sahəsinin transformasiyası müzakirə edilib (FOTO)

IX Qlobal Bakı Forumu çərçivəsində yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sahəsinin transformasiyası müzakirə edilib (FOTO)

Bakı. TurkicWorld:

IX Qlobal Bakı Forumu çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sahəsinin transformasiyası” mövzusunda panel iclası keçirilib.

TurkicWorld-un məlumatına görə, Ukraynadakı müharibə məsələsini və ərzaq qiymətlərinə təsirini nəzərə alaraq, yerli, regional və beynəlxalq səviyyədə saxlama və bufer ehtiyatları nədən ibarət olmalıdır, dünyada sürətli meşə qırılması münbit torpaqların səhralaşması və bir sıra mövzular müzakirə edilib.

Panel iclasında çıxışı zamanı Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət kənd təsərrüfatının inkişafına səbəb olur.

"Pandemiya və xəstəliklər kimi digər çağırışları da nəzərə almalıyıq. Burada çoxsaylı, əlaqəli, kompleks tədbirlər də buna təsir edir. Rəqəmsal transformasiya bizim fəaliyyətimizin bir hissəsidir. Azərbaycan artıq rəqəmsal kənd təsərrüfatına keçid edir", - nazir deyib.

Mavrikinin sabiq prezidenti Ameenah Gurib-Fakim isə bildirib ki, Azərbaycanın kənd təsərrüfatının inkişafına dəstəyi, bu sahədə yeniliklər etməsi məmnunluq doğuran bir hadisədir.

Panel digər iştirakçıların müzakirələri ilə davam edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan 9-cu Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Üç gündür davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.