Binəli Yıldırım Fateh Sultan Mehmedin qılıncının eynisini Prezident İlham Əliyevə hədiyyə kimi təqdim edib (FOTO)

Binəli Yıldırım Fateh Sultan Mehmedin qılıncının eynisini Prezident İlham Əliyevə hədiyyə kimi təqdim edib (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.