Akar Müdafiə Nazirlərinin İclası çərçivəsində NATO-nun Qərargahına gedib

Akar Müdafiə Nazirlərinin İclası çərçivəsində NATO-nun Qərargahına gedib

Bakı. TurkicWorld

Türkiyənin Müdafiə naziri Hulusi Akar Müdafiə Nazirlərinin İclası çərçivəsində NATO-nun Qərargahına gedib. TurkicWorld-un məlumatına görə, səfər zamanı Akar Yunanıstanın Müdafiə Naziri Nikolas Panaciotopulos ilə görüşüb.

Qeyd edək ki görüş zamanı hər iki nazir Türkiyə və Yunanıstan arasında olan mövcud problemlərin həlli üçün kommunikasiya kanallarını açıq saxlamaq, mehriban qonşuluq münasibətlərinə töhfə vermək, ikitərəfli və regional əməkdaşlıq və hər iki ölkə arasında gərginliyi azaltmaq üçün dialoqların davam etdirilməsi haqqında danışıblar.

Xatırladaq ki, iyun ayının 4-dəYunanıstanın terror təşkilatlarına, xüsusilə PKK, FETÖ və DHKP-C-yə verdiyi dəstək, həmçinin Türkiyənin Afinadakı səfirliyi yaxınlığında təşkil edilən PKK nümayişi ilə əlaqədar Yunanıstanın Ankaradakı səfiri Kristodoulos Lazaris Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.