Bakı. TurkicWorld:
Türkiyənin Bakıdakı səfirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
TurkicWorld xəbər verir ki, bununla bağlı səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.
"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik", - paylaşımda deyilir.
Türk Dünyasının digər maraqlı xəbərləri TurkicWorld-un Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi “Twitter”-də təqib edin.