İsveç Türkiyənin narahatlığını ciddi qəbul edir - Baş nazir

İsveç Türkiyənin narahatlığını ciddi qəbul edir - Baş nazir

Bakı. TurkicWorld:

İsveç hakimiyyəti Stokholm və Helsinki NATO-ya üzvlüklə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqlarını çox ciddi qəbul edir.

TurkicWorld-un məlumatına görə, bu barədə İsveçin baş naziri Maqdalena Andersson NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı deyib.

"Biz Türkiyənin narahatlığını ciddi qəbul edirik və Finlandiya ilə birlikdə onları həll etməyə çalışırıq. NATO və onun üzv dövlətlərinə təklif edəcəyimiz bir şey var. İsveç və Finlandiya Türkiyənin də daxil olduğu NATO ölkələrinin təhlükəsizliyinə töhfə verəcək",- deyə M.Andersson bildirib.

Y.Stoltenberq, öz növbəsində, Türkiyənin terror təşkilatı PKK ilə mübarizə ilə bağlı ifadə etdiyi narahatlıqlarla bağlı hər iki Skandinaviya ölkəsi ilə sıx dialoq apardığını qeyd edib.

NATO rəhbəri, həmçinin qeyd edib ki, baş nazir M.Andersson İsveç hökumətinin Türkiyənin narahatlığına cavab verməyə hazır olduğunu təsdiqləyib.

Y.Stoltenberq bütün NATO müttəfiqlərinin təhlükəsizlik problemlərinə diqqət yetirməyin vacibliyinə diqqət çəkib.