Türkiyə terror təşkilatları ilə mübarizədə uğurlar əldə etməyə davam edir - Ərdoğan

Türkiyə terror təşkilatları ilə mübarizədə uğurlar əldə etməyə davam edir - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə terror təşkilatları və qeyri-qanuni miqrasiya ilə mübarizədə uğurlar əldə etməyə davam edir, TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin İzmirdə keçirdiyi Efes-2022 çoxmillətli təlimin sonuncu günündə olan çıxışı zamanı deyib.

Tapşırqları izlədikdən sonra prezident təlimdə iştirak edən və əməyi keçən hərkəsə öz minnətdarlığını bildirib və “Efes-2022”-yə ev sahipliyi etməkdən məmnun olduqlarını vurğulayıb.

“Biz müdafiə sənayesində əlimizdə olan hər fürsəti və bacarığı müttəfiqlərimizlə bölüşməkdən məmnunluq hissi duyuruq. Son dövürlərdə dünyada başverən hadisələri nəzərə alsaq, bu cür əməkdaşlıqlar bizim üçün çox əhəmiyyətlidir.” - deyə prezident bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə milli gəliri ilə humanitar yardım edən ölkələr sıralamasında birinci yerdədir.

“Qafqazdan Afrikaya, Qara dənizdən Aralıq dənizinə kimi hər yerdə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün zəruri səyləri göstəririk. Türk ordusu sərhəd təhlükəsizliyindən tutmuş sərhəd əməliyyatlarına, terrorla mübarizəsindən NATO və ikitərəfli müqavilələr çərçivəsində yerinə yetirdiyimiz beynəlxalq əməliyyatlara qədər hər sahədə əldə etdiyi nailiyyətlərlə bizi qürurlandırır”. - deyə o vurğulayıb.

Qeyd edək ki, Efes-2022 təlimində Azərbaycanla yanaşı 37 fərqli ölkədən on min hərbiçi iştirak edib.