Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib (FOTO)

Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib (FOTO)

Bakı. TurkicWorld:

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.