...

Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir - Ceyhun Bayramov

Siyasət Digər xəbərlər 7 İyun 2022 14:11
TurkicWorld Daspina Hasanova
Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bölgədə kommunikasiya baxımından ən məhdud imkanlara sahib ölkə Ermənistandır.

"Bu səbəbdən Zəngəzur dəhlizinin reallaşması digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir", - deyə C. Bayramov vurğulayıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti