İtalyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb

İtalyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb

Bakı. TurkicWorld:

İtalyanın Ankaradakı səfiri Ciorcio Marrapodi Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. TurkicWorld-un məlumatına görə, səfirin nazirliyə çağırılmasının səbəbi İtalyanın Roma şəhərində PKK simvolları və terror təşkilatının liderinin şəkilləri ilə keçirilən nümayişlər olub.

Görüşdə PKK-nın qara təbliğatının ictimailəşdirilməsi, QHT adı altında fəaliyyət göstərməsi və terrorçunun liderinə İtaliya bələdiyyələri tərəfindən fəxri vətəndaşlıq verilməsindən yaranan narahatlıq ifadə edilib.

Bundan əlavə, terror təşkilatının bu cür əməllərinin qarşısının alınması tələbləri təkrarlanıb və İtaliya hökumətinin terrorla mübarizədə məsuliyyəti vurğulanıb.