Millət vəkili Sevil Mikayılova Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)

Millət vəkili Sevil Mikayılova Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)

Bakı. TurkicWorld:

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova Xaçmaz rayonunun Qarabağlı, Qarğalıq və İlxıçı kəndlərində seçiciləri ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş zamanı kənd sakinləri onları narahat edən problemləri səsləndiriblər. Sakinlərin qaldırdıqları məsələlərlə bağlı S.Mikayılova qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara müraciət olunacağını bildirib.Bundan əvvəl qurumlara olunmuş müraciətlərin operativ cavablandırıldığı qeyd olunub. Bir sıra məsələlərin müsbət həllini tapdığı bildirilib.

Milli Məclisin deputatı Sevil Mikayılova Vətən müharibəsi şəhidi Tağıyev Nurağa Davud oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Eldəniz Bilal oğlunun ailələlərini də ziyarət edib. Görüşlər zamanı şəhidlərimizlə bağlı xatirələrdən, onların keçdiyi döyüş yolundan söhbət açılıb.