Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülhə xidmət edir - Ceyhun Bayramov

Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülhə xidmət edir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Azərbaycan-Türkiyə müttəfiqliyi, qardaşlığı bölgədə sülh və əmin-amanlığa, iqtisadi tərəqqiyə xidmət edir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə deyib.

Onun sözlərinə görə, nəhəng regional layihələr, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi nəticəsində Azərbaycanla Türkiyə enerji və logistika mərkəzlərinə çevrilib.

"Türkiyənin uğurlu inkişafı, lider dövlətə çevrilməsi Azərbaycanda hər kəsi məmnun və xoşbəxt edir", - deyə nazir əlavə edib.