Litva “Bayraktar” döyüş PUA-larını Ukraynaya bağışlayacaq

Litva “Bayraktar” döyüş PUA-larını Ukraynaya bağışlayacaq

Bakı. TurkicWorld:

Litva və Türkiyə nümayəndələri Ankarada Litvaya “Bayraktar” döyüş PUA-ları almağa icazə verən müqavilə imzalayıblar, TurkicWorld-un məlumatına görə, bu barədə Litva Respublikasının Milli Müdafiə Nazirinin müavini Vilius Samaska məlumat verib.

O bildirib ki, ölkə bu cür pilotsuz uçuş aparatlarını və digər avadanlıqları Litva vətəndaşlarının topladığı maliyyə ilə alacaq. PUA-lar Rusiyaya qarşı mübarizə aparan Ukrayna dövlətinə verilməsi planlaşdırılır.

Xatırladaq ki, bu ilin fevral ayının 24-də Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara başlayıb.