Türk Silahlı Qüvvələri istənilən vəzifəni yerinə yetirməyə hazırdır – Hulusi Akar

Türk Silahlı Qüvvələri istənilən vəzifəni yerinə yetirməyə hazırdır – Hulusi Akar

Baku. TurkicWorld:

Türk Silahlı Qüvvələri şəxsi heyəti, texnikası və təcrübəsi ilə istənilən vəzifəni yerinə yetirməyə hazırdır, TurkicWorld-un məlumatına görə bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı deyib.

Akar, Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən bəri Fərat Qalxanı, Zeytun Budağı, Sülh Pınarı və Sülh Qalxanı əməliyyatlarının uğurla həyata keçirildiyini xatırladaraq, Türkiyənin cənubunda terrorçuların olmasını qəbul etməyəcəklərini bildirib.

"Bizim yeganə məqsədimiz millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Biz sərhədlərimizdə “terror dəhlizi” yaradılmasına imkan verməyəcəyik.” – deyə Akar vurğulayıb.