...

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilib

Siyasət Digər xəbərlər 28 May 2022 17:07
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilib

Bakı.TurkicWorld:

Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin gücü, artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

TurkicWorld xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı deyib: “Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.

Türkiyə və Azərbaycanın bundan sonra da yüksələn xətlə yalnız irəliyə gedəcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev çıxışını bu şüarlarla tamamlayıb: “Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”

Məqalədə:
Xəbərlər

Xəbər lenti