...

Azərbaycan mədəniyyətdə və inkişafda dastan yazıb - Türkiyə Prezidenti

Siyasət Digər xəbərlər 28 May 2022 16:27
TurkicWorld Daspina Hasanova
Azərbaycan mədəniyyətdə və inkişafda dastan yazıb - Türkiyə Prezidenti

Bakı. TurkicWorld:

Azərbaycan qarşılaşdığı saysız haqsızlığa baxmayaraq mədəniyyətdə və inkişafda dastan yazıb.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

"Biz haqlı davamızı müdafiə etməkdən dönmədik, dönməyəcəyik. Bizim kiminsə torpağında gözümüz olmadığı kimi, kiməsə verəcəyimiz bir qarış torpağımız da yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım Prezident İlham Əliyevin qətiyyəti ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin baş verdiyinə bütün dünya şahid oldu”,- deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti