Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır - Aziz Sancardan çağırış

Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır - Aziz Sancardan çağırış

akı. TurkicWorld:

Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır.

TurkicWorld xəbər verir ki, bunu bu gün "Teknofest" texnoloji festivalında çıxışında Nobel mükafatı laureatı Aziz Sancar bildirib.

"Vətən dedikdə həm Azərbaycanı, həm də Türkiyəni nəzərdə tuturam. Gənclərin vətənə olan sevgiləri daimi olmalıdır və onun inkişafı üçün əlindən gələni etməlidir. İşlər yolunda getmədikdə belə inadkarlıq edərək inandıqları işi davam etdirməlidir. Siz gəncləri elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin. Bu festivala dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm",- deyə o bildirib.