...

İsrailin dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Siyasət Digər xəbərlər 26 May 2022 19:38
TurkicWorld Daspina Hasanova
İsrailin dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Bakı. TurkicWorld:

Mayın 26-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən TurkicWorld-ə məlumat verilib.

İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti