Komissiyaların birgə iclasını Brüssel görüşünün konkret nəticəsi kimi qəbul edirik - Nazir

Komissiyaların birgə iclasını Brüssel görüşünün konkret nəticəsi kimi qəbul edirik - Nazir

Bakı. TurkicWorld:

Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının iclasını keçirmək müxtəlif səbəblərə görə mümkün olmurdu. Brüssel görüşünün nəticəsində çox müsbət məqam ondan ibarətdir ki, artıq mayın 23-də həm Azərbaycan, həm də Ermənistan tərəfi komissiyanın tərkibini təsdiq etdi və komissiyanın birgə iclası mayın 24-də baş tutdu.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Bu, ilk iclas idi, böyük yolun başlanğıcı, ilk addım idi. Biz bunu Brüssel görüşünün çox konkret nəticəsi kimi qəbul edirik”, - deyə nazir bildirib.