ABŞ prezidenti Azərbaycana yeni səfir vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb

ABŞ prezidenti Azərbaycana yeni səfir vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden ölkənin Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.

Bu barədə TurkicWorld Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata əsasən, Mark Libbinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi irəli sürülüb.

Mark Libbi hazırda Vaşinqtonda Milli Hərbi Kollecində işləyir.

O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.