Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram - Rəcəb Tayyib Ərdoğan

Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram - Rəcəb Tayyib Ərdoğan

Bakı. TurkicWorld:

Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilib.

"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram", - deyə məktubda qeyd olunub.