Türkiyə NATO üçün vacib müttəfiqdir - Stoltenberq

Türkiyə NATO üçün vacib müttəfiqdir - Stoltenberq

Bakı. TurkicWorld:

Türkiyənin gündəmə gətirdiyi narahatlıqlarını qəbul edirik, Türkiyə NATO üçün vacib müttəfiqdir.

TurkicWorld-un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Türkiyə İŞİD terror təşkilatı ilə mübarizədə vacib rol oynamış, bütün alyans üçün önəmli və strateji coğrafi mövqeyə malik ölkədir. Başqa heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb. Biz Türkiyənin gündəmə gətirdiyi narahatlıqlarını qəbul edirik", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət etsə də, Türkiyə, xüsusilə, İsveçi PKK terror təşkilatına himayədarlıqda ittiham edərək bu ölkələrin alyansa qəbul olunmasına qarşı olduğunu bildirib.