...

İctimai Televiziya və Radio Yayımları Şirkətinə vəsait ayrıldı - SƏRƏNCAM

Siyasət Digər xəbərlər 24 May 2022 16:06
TurkicWorld Daspina Hasanova
İctimai Televiziya və Radio Yayımları Şirkətinə vəsait ayrıldı - SƏRƏNCAM

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam verib.

Sərəncamda qeyd edilir:

- 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti