Türkiyə vətəndaşının beynəlxalq kosmik stansiyaya göndərilməsi prosesi başlayıb

Türkiyə vətəndaşının beynəlxalq kosmik stansiyaya göndərilməsi prosesi başlayıb

Bakı. TurkicWorld:

Türkiyə vətəndaşının beynəlxalq kosmik stansiyaya göndərilməsi prosesinə rəsmən başlayıb, TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Artıq Milli Kosmos Proqramı çərçivəsində müəyyən edilən 'Türkiyə Kosmos Səyyahı və Elm Missiyası'-na başladıq. Seçiləcək 2 namizəddən biri elmi araşdırmalar üçün Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək və məntəqədə 10 gün qalacaq. Türkiyə Cumhuriyyətinin 100-cü ildönümündə kosmosda bir türk olacaq.” – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, namizədlər üçün ərizələr 23 iyun 2022-ci il saat 20.23-dək qəbul ediləcək.