Ankara İsveçdən NATO-ya üzvlüklə bağlı “konkret təminatlar” gözləyir

Ankara İsveçdən NATO-ya üzvlüklə bağlı “konkret təminatlar” gözləyir

Bakı. TurkicWorld:

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyi aydındır - Ankara Stokholmdan alyansın "kollektiv təhlükəsizlik prinsipi"nə uyğun konkret təminatlar verməsini gözləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında deyilir.

"Ankara NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveçin Türkiyənin təhlükəsizliyi ilə bağlı prinsipial addımlar atacağını və konkret təminatlar verəcəyini gözləyir", - deyə bəyanatda bildirilir.

Bəyanata əsasən, bu cür təminatlar arasına terrora siyasi dəstəyin dayandırılması, terrorun maliyyələşdirilməsi mənbələrinin ləğv edilməsi, PKK terror təşkilatı və onun Suriya qolu PYD-yə hərbi dəstəyin dayandırılması, Ankaraya qarşı embarqonun və sanksiyaların ləğvi daxildir.

"İsveç hökuməti PKK/PYD-yə tank əleyhinə silahlar və pilotsuz uçuş aparatları kimi hərbi texnika verir", - deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, belə silahlar Türkiyədə mülki şəxslərə qarşı istifadə edilib.