Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Bakı. TurkicWorld:

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.