Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Qarabağa səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi “Azərbaycan- Türkiyə İş Adamları” İctimai Birliyinin Ümumi yığıncağında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkənin tək millət və iki dövlət şüarı ilə güclərini birləşdirmələri hazırda böyük önəm kəsb edir.

“Həm Azərbaycan, həm də Türkiyənin inkişafı üçün birgə işlər görülür və bu proses davam etməlidir. Azərbaycanda və Türkiyədə təhsil alıb ixtisas sahibi olan iş adamlarını bu prosesə cəlb etməliyik. Qarabağı ziyarət edəcəyik və bu zaman Azərbaycanla imzalanmış və gələcəkdə də imzalanacaq əməkdaşlıqlar çərçivəsində sahib olduğumuz bütün təcrübələrimizi bölüşəcəyik”, - deyə nazir qeyd edib.