Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Bakı. TurkicWorld:

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Mayın 16-da Azərbaycana səfərə gəlib.

TurkicWorld-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Raca Pərviz Əşrəfin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan Milli Assambleyasının sədrini Azərbaycan ı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə və digər rəsmi şəxslər qarşılayıblar.