...

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmırıq - Ərdoğan

Siyasət Digər xəbərlər 13 May 2022 16:08
TurkicWorld Daspina Hasanova
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmırıq - Ərdoğan

Bakı. TurkicWorld:

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmırıq.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib.

"Biz hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Amma bununla bağlı müsbət düşüncə içində deyilik. Təəssüf ki, bu ölkələr terror təşkilatlarının bir növ qonaq evi kimidir. PKK İsveçdədir, DHKP-C İsveçdədir. Niderlandda qərargahları var. Hətta o ölkələrdə parlamentlərdə də təmsil olunurlar. Ona görə də bu məsələyə müsbət baxmağımız mümkün deyil", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti