Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək

Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

TurkicWorld xəbər verir ki, dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək.

Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.