...

Fransanın Türkiyədəki müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Siyasət Digər xəbərlər 13 May 2022 15:44
TurkicWorld Daspina Hasanova
Fransanın Türkiyədəki müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Fransanın Türkiyədəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, fransalı rəsmi ötən gün Parisdəki Türkiyə baş konsulluğuna hücumla əlaqədar çağırılıb.

"Biz Fransadan konkret addımlar gözləyirik. Hücum edən şəxslər aşkar edilməli və cəzalandırılmalıdır", - deyə M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin Parisdəki Baş Konsulluğuna şəxsiyyəti müəyyən edilməyən şəxslər tərəfindən fişəng tipli partlayıcılarla hücum edilib. Hücum nəticəsində baş konsulluğun binasının pəncərəsi sınıb və divarları zədələnib. Hücuma görə məsuliyyəti PKK-ya bağlı birləşmələrin üzərinə götürdüyü öyrənilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti