Türkiyə ilə Azərbaycan yanğından mühafizə sahəsində əməkdaşlıq müzakirə edib

Türkiyə ilə Azərbaycan yanğından mühafizə sahəsində əməkdaşlıq müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin Kənd təsərrüfatı nazirinin müavini Veysəl Tiryaki ilə görüşüb, TurkicWorld-un məlumatına görə, görüş zamanı iki ölkə arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb.

Qarşılıqlı müzakirələr çərçivəsində yanğında istifadə olunması üçün Azərbaycanın Türkiyəyə helikopter və təyyarə dəstəyi verməsi və yaxın vaxtlarda Türkiyədə birgə yanğınsöndürmə təliminin keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Türkiyənin Manavgat ilçəsində başlayıb digər cənub regionlarında da davam edən meşə yanğınları baş verib. Azərbaycan meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə 53 yanğınsöndürən maşın, həmçinin bir neçə təcili yardım maşını və 500 yanğınsöndürən göndərmişdir.