...

Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq - XİN rəsmisi

Siyasət Digər xəbərlər 12 May 2022 11:53
TurkicWorld Daspina Hasanova
Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq - XİN rəsmisi

Bakı. TurkicWorld:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş tezliklə əldə olunacaq və layiqli nəticələr verəcək.

TurkicWorld-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə o bildirib.

R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur.

"Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır", - səfir deyib.

Məqalədə:
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
Xəbərlər

Xəbər lenti