Ceyhun Bayramov Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Ceyhun Bayramov Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Bakı. TurkicWorld:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, C.Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.