Aİ ilə Azərbaycan arasında vizasız rejimin tətbiqi daha məhsuldar əməkdaşlıq üçün vacib addım ola bilər - Səfir

Aİ ilə Azərbaycan arasında vizasız rejimin tətbiqi daha məhsuldar əməkdaşlıq üçün vacib addım ola bilər - Səfir

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vizasız rejimin tətbiq olunması daha məhsuldar əməkdaşlıq üçün vacib addım ola bilər.

TurkicWorld-un məlumatına görə, bunu Litvanın Azərbaycandakı səfiri Egidius Navikas ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

Səfir bu məsələni qaldıracağını bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında münasibətlər ikinci Qarabağ müharibəsindən sonra dana intensiv mərhələyə keçib.

"Aİ şirkətləri Qarabağda bərpa işlərində fəal iştirak edir. Aİ, həmçinin Azərbaycanla Ermənistan arasında dinc münasibətlərin qurulmasında vasitəçi kimi çıxış edir", - səfir deyib.

O əlavə edib ki, Azərbaycan və Aİ vacib enerji tərəfdaşlarıdır.