Azərbaycan həmişə sülhün tərəfindədir və bu da bizə ümid verir - Qlobal Şəbəkənin təsisçisi

Azərbaycan həmişə sülhün tərəfindədir və bu da bizə ümid verir - Qlobal Şəbəkənin təsisçisi

Bakı. TurkicWorld:

Azərbaycan həmişə sülhün tərəfindədir və bu da bizə ümid verir. Cənubi Qafqazda sülhün bütün dünyaya təsir edəcəyinə əminəm.

TurkicWorld-un məlumatına görə, bunu Qadın Sülhqurucuları Qlobal Şəbəkəsinin təsisçisi və rəhbəri Mavik Kabrera Balleza Bakıda keçirilən Azərbaycanda Qadın, sülh və təhlükəsizlik üzrə Birinci Milli Forumda deyib.

O bildirib ki, əgər uzunmüddətli sülh yoxdursa, davamlı inkişaf ola bilməz. “Bizim çalışdığımız əsas məsələ qadınların liderliyidir. Qadınların qərar qəbuletmə prosesində rolunun artırılması vacibdir.

Pandemiya dövrü hər kəs üçün çətin oldu. Ancaq hansı ölkələrdə ki, səhiyyə sistemində qərarqəbuletmə prosesində qadınların rolu böyük idi, o ölkələr pandemiyaya daha asan qalib gəlməyi bacardılar”, - deyə o qeyd edib.