...

Azərbaycan Ordusunun hərbi bölmələrində xüsusi texnikanın yay mövsümünə keçirilməsi prosesi aparılır (FOTO/VİDEO)

Siyasət Digər xəbərlər 11 May 2022 15:26
TurkicWorld Daspina Hasanova
Azərbaycan Ordusunun hərbi bölmələrində xüsusi texnikanın yay mövsümünə keçirilməsi prosesi aparılır (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti