...

Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib - XİN

Siyasət Digər xəbərlər 10 May 2022 12:07
TurkicWorld Daspina Hasanova
Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib - XİN

Bakı. TurkicWorld:

Brüsseldə keçirilən görüş zamanı əldə olunan razılıqlardan biri onda ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı kommisya yardılacaq və kommisyanın aprel ayının sonundək ilk iclasının keçirilməsi planlaşdırılırdı.

TurkicWorld-un məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib

Brüssel görüşü keçirilməzdən öncə Ermənistan xarici işlər naziri ilə arasında 2 dəfə telefon danışığı olduğunu qeyd edən nazir, bu danışıqlar zamanı kommisiyanın tərkibi ilə bağlı təkliflərin verildiyini bildirib.

"Azərbaycan-Ermənistan sərhəddinin delimitasiya prosesinin, digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətləri, fərqləri nəzərə alaraq, bizim təklifimiz o olmuşdu ki, kommisiya fərqli bir formatda təşkil edilməlidir və ona rəhbərlik daha yüksək səviyyədə olmalıdır. Azərbaycan tərəfinin təklifi, bizim tərəfdən kommisiyaya rəhbərlik edəcək şəxsin baş nazirin müavini səviyysində şəxsin olması idi. Onu da qeyd etməliyik ki, ilk telelfon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqlı qəbul etdi və bunun daxildə müzakirəsi üçün əlavə zaman lazım olduğunu bildirdi. Daha sonra belə bir təklifin onlar üçün də məqbul olmasını bildirdi. Kommisiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan aprel ayında bu iclasın keçirlməsinə hazır idi. Ermənistan tərəfi öz prosedurlarını başa çatdırdıqdan sonra düşünürəm ki, belə bir iclası keçirmək mümknü olacaq", - deyə C. Bayramov bildirib.

Məqalədə:
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
Xəbərlər

Xəbər lenti