Sərhəd mühafizə orqanlarının tərkibinə dəyişiklik edilib

Sərhəd mühafizə orqanlarının tərkibinə dəyişiklik edilib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu içzalayıb.

Dəyişikliyə əsasən sərhəd mühafizə orqanlarının tərkibinə xüsusi hava əməliyyatları qüvvələri daxil edilir.

Bundan başqa sərhəd mühafizə orqanlarının aviasiya hissəsi xüsusi hava əməliyyatları qüvvələri və hərbi aviasiya hissələri ilə əvəz edilir.